Xəzərdəki dəhşətli faciədən bir il ötür


15:01     15 Dekabr 2017 estakada.jpg

Bu gün Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən və 10 neftçinin ölümü ilə nəticələnən faciədən bir il ötür.


Femida.az xəbər verir ki, 2016-cı ilin 15 dekabr tarixində "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində qəza baş vermişdi. Yerli vaxtla 05:00 radələrində baş vermiş hadisəyə səbəb Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək olmuşdu.

Güclü külək eskadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə atmışdı. Nəticədə eskadada olan 10 nəfər həlak olmuş.

Hadisədən sonra dənizə düşən neftçilərin hamısının meyiti uzun sürən axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.

Hadisə zamanı həlak olanlar: Güloğlan və Ayaz Zülfüqarov qardaşları, Elçin Həsənov (mexanik), İlham Qafarov (operator), Samir Əsədov (operator), Cavid Bəhrəmov (operator), Ramiz Abbasov (maşinist), Qorxmaz Rüstəmov (operator), Həsənağa Hacıəliyev(operator), və Vidadi Qurbanov (operator).

Femida.az

Açar sözlər:

Oxunub: 1163