Ürəyindən bıçaqlanan tələbənin FOTOSU


17:55     15 Dekabr 2017 telebe%20qetlagdas%20femida.jpg

Dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Qətli törətməkdə şübhəli bilinən T.Hacıyev Qəbələ rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Hadisəni törədərkən istifadə etdiyi bıçaq maddi sübut kimi onun üzərindən götürülüb.

Araşdırma aparılır.

2000-ci il təvəllüdlü Ə.Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi olub.




Femida.az

Açar sözlər:

Oxunub: 1441


Oxşar xəbərlər