Dollar bahalaşdı, avro ucuzlaşdı


14:39     09 Sentyabr 2015 231256.jpg

Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,23% azalaraq 1,1717 manata düşüb.

Açar sözlər:

Oxunub: 849