Paytaxtda yanğın: Bitişik üç avtomobil sexi yandı


20:21     16 Dekabr 2017 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Bakının Binəqədi rayonunda yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bir-birinə bitişik olan üç avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 175 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 447