Həbs xəbərinə Kollegiyadan REAKSİYA
00:55 18 Dekabr 2017
Vəkillər Kollegiyası (VK) vəkilin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, həmin xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunub.
Hadisə ilə bağlı VK bildirir ki, Kollegiyanın üzvləri sırasında Habil Fətəliyev adlı vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir.
Eyni zamanda, yaxın aylarda VK-nın yeni internet səhifəsi istifadəyə veriləcək ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaq.
Məlumatda qeyd edilib ki, bu xəbərlərin Azərbaycan vəkilliyinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, VK kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, gələcəkdə buna oxşar hallarda vəkilin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bilavasitə Kollegiyaya müraciət edilsin.
Femida.az
Oxunub: 2402
Oxşar xəbərlər
- Həbsdən çıxanlara pul verilib
- Həbsdə olan polkovnik özünə bəraət tələb edir
- Həbs-qətimkan tədbirinin seçilməsi şərtləri dəyişir
- Həbsdə olan müstəntiqin oğlu dünyaya gəlib
- Həbsdə olan məmur və biznesmen övladları – SİYAHI
- Həbs edilən Fədayə Laçının qaçan avtoritetlə FOTOSU
- Həbs edilən vəzifəli şəxslər təkadamlıq kameralarda saxlanılır
- Həbsxanada daha bir ölüm - ÖZÜNÜ ASDI
- Həbsdə olan polkovnikə hökm oxundu - 15 il həbs
- Həbsdən çıxan nardaranlılar prezidentə təşəkkür etdi