Bakıda faciə: Körpə uşaq yük maşınının altında qaldı


13:25     18 Dekabr 2017 korpe0.jpg

Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyninin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük maşını onun üzərindən keçib.

Körpə həmin yük maşınının təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1112