Generalların məhkəməsi davam edir


21:55     19 Dekabr 2017 1429886643_mehkeme-texir.jpg

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın xəbərinə görə, prosesdə sabiq MTN polkovnikləri Natiq Alıyev və Zaur Məmmədov ifadə veriblər. Onlar müəyyən epizodlar üzrə elan olunmuş ittihamları qəbul etməyib və özlərini təqsirli bilməyiblər.


Proses dekabrın 21-də davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 627