Meşədən çürümüş kişi meyiti tapıldı


17:17     20 Dekabr 2017 7c01ad46142b43e905b23531c56f29ce_1504166769.jpg

Qusar rayonu ərazisində meşədə meyiti çürümüş vəziyyətdə tapılan kişinin şəxsiyyəti müəyyən edilib.



Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölən şəxsin Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Mirvahid Musəvi olduğu məlum olub.

Qeyd edək ki, çürümüş kişi meyiti rayonun Mucuq kəndi ərazisində meşə massivində aşkarlanıb. Onun bu ilin mayın 22-də saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmadığı bildirilir. M. Musəvi itkin düşən şəxs kimi qeydiyyatda olub.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2258