Son iclasda 17 məsələyə baxılacaq


21:55     20 Dekabr 2017 1394089084_milli-meclis-ssss.jpg

Milli Məclisin 2017-ci ildə son iclası dekabrın 29-da olacaq.


Femida.az -ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda, Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlərin ratifikasiyası, Gömrük, Miqrasiya məcəllələrinə, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Milli Məclisin müraciətidir.

Açar sözlər:

Oxunub: 442