19 yaşlı gənci qıza görə qanına qəltan etdilər
13:31 22 Dekabr 2017
Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.
Femida.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə əlaqədar hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş.
Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.
Femida.az
Oxunub: 1065
Oxşar xəbərlər
- 1993-cü ilin bu günündə Zəngilan: `Onlar özlərini düşünürdü`
- 19 yaşlı oğlan qoz ağacından yıxıldı
- 19 yaşlı oğlan qolunu doğradı
- 19 yaşlı qızı maşın vurub
- 19 dövlət əmlakı özəlləşdirilib
- 19 yaşlı ana sevgilisiylə qaçdı - Bakıda
- 19 yaşlı tələbə çayda boğulub
- 19 yaşlı qız 4-cü mərtəbədən yıxılıb
- 191 şəxs cərimələnib - Ekologiyanı pozduqlarına görə
- 19 yaşlı gənc özünü asıb