Erməni diplomat: “Çavuşoğlunun Azərbaycanla bağlı şərti yalandır”


13:36     22 Dekabr 2017 cavusoglu5.jpg

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Ermənistan-Türkiyə münasibətləri ilə bağlı son açıqlamasına münasibət bildirib.


Femida.az xəbər verir ki, Çavuşoğlu “Ermənistana qarşı bir addım atmaq istədik, amma bir şərtlə. Nədir bu şərt? Ermənistan işğal altındakı Azərbaycan torpaqlarından çıxacaq, biz də münasibətləri normallaşdıracağıq” ifadələrini işlətmişdi.

Balayan bu açıqlamanın tamamilə yalan olduğunu vurğulayıb:

“Türkiyə xarici işlər naziri açıq şəkildə yalan söyləyir. Eyni məntiqlə hərəkət etsək, protokolların müzakirəsi əsnasında Türkiyə “DQR”-in müstəqilliyini tanımağı vəd etmişdi. Müzakirələr hələ 2008-ci ildə heç bir şərt olmadan başlamışdı. Bu danışıqların ardınca Sürix protokolları imzalandı. Proses diqqətlə izləyən bir çox paytaxtlar da şərtin olmadığını açıqlamışdı”.


Amin
Femida.az

Açar sözlər:

Oxunub: 2496