DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
16:47 22 Dekabr 2017
Ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş növbəti əməliyyat tədbiri uğurla nəticələnib.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib. H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 1509
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR