İsrail- Fələstin toqquşması: 2 ölü,689 yaralı var


13:42     23 Dekabr 2017 israil.JPG

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli nəfər ölüb, 689-u müxtəlif dərəcəli xəsarət alıb.



Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi məlumat yayıb.

Məlumata əsasən, dekabrın 22-dəki iğtişaşlar zamanı iki fələstinli ölüb, daha 689 nəfər isə yaralanıb. Onlardan 65-i döyüş güllə yarası, 111-i rezin güllə yaralsı və 442-i isə gözyaşardıcı qazın təsirindən xəsarət alıb. Hazırda 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1391