Narkobaronu təhqir edən 17 yaşlı blogger güllələnib


19:46     23 Dekabr 2017 meksikada-namelum-sexsler-3-neferi-teyyareden-ataraq-oldurub-9740.jpg

Meksikada narkobaronu təhqir edən məşhur blogger güllələnib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı Xuan Luisin ölümü ilə bağlı onun feysbuk səhifəsində məlumat verilib.

Blogger son iki ildə silah, pələnglər, gözəl qadınlar, avtomobillər, federal polis və hərbçilərlərlə fotoları ilə, eyni zamanda canlı yayımda alkoqol və narkotik istifadə etdikləri səs-küylü əyləncə gecələri ilə şöhrət qazanmışdı.

Lakin həmin gecələrin birində Menço ləqəbli narkobaronun ünvanına işlətdiyi təhqiramiz ifadə ona baha başa gəlib. Həmin kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayıldıqdan sonra blogger barlardan birində 15 güllə ilə qətlə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1221


Oxşar xəbərlər