Filippində ölü sayı 200-ə çatdı


15:47     24 Dekabr 2017 15140925944770331681_1000x669.jpg

Filippinin cənubunda tropik qasırğanın yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində həlak olanların sayı 200-ə çatıb.


Femida.az xəbər verir ki, bir gün əvvəl 111 nəfərin həlak olduğu və 150 nəfərin itkin düşməsi barədə məlumat yayılmışdı.

Böyük daşqınlara və torpaq sürüşmələrinə səbəb olan qasırğa 270 mindən çox insanı əhatə edib. Ölkə ərazisində 44 min insanı qəbul edə biləcək 608 təxliyə mərkəzi yaradılıb.

Açar sözlər:

Oxunub: 984