Metronun iş vaxtı artırılır
22:22 25 Dekabr 2017
“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gecə saat 01:00-a qədər işləyəcək.
Bunu Femida.az -a QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
N. Paşayevin sözlərinə görə, bütün stansiyalara giriş saat birə qədər açıq olacaq:
“Sadəcə, sərnişinlərdən xahiş edirik ki, “Sahil” metrostansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər “28 May” və “”İçərişəhər” stansiyalarına üz tuta bilərlər”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə dekabrın 31-də, saat 00:00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.
Femida.az
Oxunub: 1331
Oxşar xəbərlər
- Metronun girişində bıçaqlanma
- Metronun yaxınlığında qəza - Piyada ağır yaralandı
- Metronun gəlirləri artıb
- Metronun qarşısında faciə - Yıxılıb öldü (FOTOLAR)
- Metronun qarşısında qadına qarşı cinayət
- Metronun yaxınlığından uşaq tapılıb - Tanıyanların nəzərinə! (Foto)
- Metronun qarşısında qanlı dava: Ölən var
- Metronun “Elmlər Akademiyası“ stansiyasında - YENİLİK