Şəmkirdə itkin düşən azyaşlılar tapıldı


20:35     26 Dekabr 2017 semkir3.jpg

Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.


Femida.az “Report”a istinadən xəbər verir ki, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub. 2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.

Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.

Femida.az

Açar sözlər:

Oxunub: 1183