Binanın damına çıxaraq intihar etmək istədi


16:32     27 Dekabr 2017 intihar-kishi.jpg

Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər kişi üçmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini bildirib.



Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az -a verilən məluata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 930