İtən alpinistlər hələ tapılmayıb - “Bəlkə də çadır qurub gözləyirlər”
21:12 27 Dekabr 2017
Qubada itkin düşən alpinistlərin axtarışları davam edir. Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışına FHN-nin helikopteri cəlb olunub. Hələlik axtarışlarla bağlı yeni məlumat yoxdur.
Təcrübəli alpinist Firuz Dadaşov AzVision.az-a bildirib ki, həmin şəxslərin seçdiyi marşrut təhlükəlidir.
“Mən həmin ərazini yaxşı tanıyıram. Təəssüf ki, Babur və Namin ora gedəndə məndən məsləhət almayıb. Onların marşrutu çox təhlükəlidir. Qışda nəinki 3B marşrutu ilə, hətta 2B marşrutu ilə getməyi məsləhət görməzdim. Onların təcrübəsi buna kifayət etmir. Qış vaxtı təhlükə və çətinliklər olur. Yayda gedə bilərdilər. Ən pisi odur ki, təcrübəsi olmayan qızı özləri ilə aparıblar.
Mənim fikrimcə, onlar haradasa çadır qurub gözləyirlər. Yuxarı çıxsalar da, çox güman ki, Xınalıq tərəfə düşüblər. Hazırda Avropadan axtarışlarla bağlı məsləhətlərimi verirəm. Axtarışda olan alpinistlərlə danışıram. 10 dəfəyə yaxın havada və piyada axtarış ediblər. Hələ ki nəticə yoxdur”.
Qeyd edək ki, Azərbaycanda 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə dağda yoxa çıxıb. Onların axtarışlarına DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda cəlb olunub.
Oxunub: 1970
Oxşar xəbərlər
- İtən alpinistlərin axtarışı bu gün də davam etdirilib
- İtən sualtı qayığın axtarışlarına NASA da qoşuldu
- İtən sənədlər asanlıqla tapılacaq - Onlayn xidmət işə salındı
- İtən neftçinin 31 min kredit borcunu SOCAR ödəyəcək
- İtən neftçilərin yaxınları axtarışlarla tanış oldu - FOTOLAR
- İtən neftçiləri 44 gəmi, 6 helikopter axtarır
- İtən məktəbli tapıldı
- İtən gəlinin uşaqları: Anamızı babamız öldürüb
- İtən neftçilərin axtarışı davam edir
- İtən neftçilərin axtarışları müvəqqəti dayandırılıb