Sənədsiz avtobus sürücüsü qəza törətdi - Ölən var
15:07 28 Dekabr 2017
Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun “Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub.
Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.
Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin olmadığı da üzə çıxıb.
O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 2240
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda