XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir


15:50     28 Dekabr 2017 XIN17.jpg

"Azərbaycan Yaxın Şərqdə baş verən prosesləri yaxından izləyir"


Femida.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanına raket hücumlarını qınayır: "Bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb olur. Biz region ölkələrini sabitliyin təmin olunması üçün səylərini artırmağa çağırıraq".

Femida.az

Açar sözlər:

Oxunub: 666