Palata səfirliyə ayrılan vəsaiti yoxladı
22:53 28 Dekabr 2017
Azərbaycan Respublikası Hesablama Palatasının (Palata) Kollegiya iclasında nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub.
Palatadan Femida.az-a-a bildiriblər ki, dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyinin və Aktau şəhərində baş konsulluğunun saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair, dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Femida.az
Oxunub: 743
Oxşar xəbərlər
- Palatadan “Şahdağ” Turizm Mərkəzinə qiymət XƏBƏRDARLIĞI
- Palata tender keçirir
- Palata nazirlikdə nöqsanlar aşkar etdi
- Palatanın səlahiyyətləri artırılır
- Palata fondda nöqsanlar aşkar etdi
- Palata bu banka şöbə açmağa icazə verdi
- Palatadan banklara sərt xəbərdarlıq
- Palatadan - TƏKZİB BƏYANATI
- Palata nöqsanlar aşkarladı - Xəbərdarlıq