Təqaüdçülərin puluna göz dikən şəxs tutuldu - FOTOLAR


23:42     28 Dekabr 2017 img-20171228-wa0026.jpg

Daxili işlər orqanları tərəfindən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 26-da Quba rayonunun Yuxarı-Tülər kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də təqaüdünü almaq üçün “Kapitalbank”ın bankomatına yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.



Evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.


RPŞ əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.



İ. Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların üstü də açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.

Sözügedən faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Əgər İ. Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1057


Oxşar xəbərlər