Şirvanda qadını keçmiş əri bıçaqladı


02:14     29 Dekabr 2017 bicaq668.jpg

Şirvanda qadın əri tərəfindən bıçaqlanıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, insident Heydər Əliyev küçəsi, 7/12 ünvanında baş verib. Məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü İsgəndərov Elşad Azər oğlu qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına 8 bıçaq xəsarəti yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Elşad İsgəndərov polis tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1332