Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI


13:39     29 Dekabr 2017 karlov0.jpg

Türkiyə məhkəməsi, Rusiya səfiri Andrey Karlovun qətlində iştirakda şübhəli bilinən şəxsin həbs olunması barədə qərar verib.


Femida.az-ın n Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, diplomatın öldürüldüyü sərginin təşkilatçısı Mustafa Timur Özkan haqda həbs qərarı verilib.

Özkan qəsdən adam öldürmədə iştirakda ittiham olunur.

Qeyd edək ki, Karlov 19 dekabr 2016-cı ildə Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışı zamanı öldürülmüşdü. Səfiri 5 güllə ilə qətlə yetirən qatil şəxs Çevik Polis Alayının əməkdaşı Mərd Altındaş idi.


Femida.az

Açar sözlər:

Oxunub: 706