Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
18:35 29 Dekabr 2017
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə tərəflər Assambleyanın hazırkı və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Bu xüsusda, TürkPAnın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb.
Habelə, TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.
Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.
Femida.az
Oxunub: 1012
Oxşar xəbərlər
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür
- Məmmədyarov Moskvaya gedir, Lavrov Bakıya gəlir