Bakı-Qazax yolunda ağır qəza: ölən var


15:34     30 Dekabr 2017 qeza%20yeni4.jpg

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, magistralın 337-ci kilometrliyində - Goranboy rayonu ərazisində "VAZ 2107" markalı minik avtomobili yolu keçməyə çalışan yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı ölən şəxsin Goranboy sakini, 83 yaşlı Mahmud Dəmirov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1072