Vətəndaşın üzərində 2840 ədəd siqaret aşkarlandı


21:50     30 Dekabr 2017 dgk%20muraciet.jpg

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı üzərində gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin o, nəzarət-yoxlama qurğusundan keçərkən qurğunun xəbərdaredici siqnal verməsi səbəbindən saxlanılıb. Daha sonra, vətəndaşın üst geyiminin altında cəmi 2840 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1063