9-cu sinif şagirdi dəm qazından zəhərlənib


14:38     31 Dekabr 2017 dem%20qazi.jpg

Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.



Femida.az -ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1056