ATƏT sədrindən dondurulmuş münaqişələrlə bağlı BƏYANAT


19:43     02 Yanvar 2018 angelino_alfano_201117.jpg

İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək.


Femida.az-in ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

A.Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:

"İtaliya uzun müddətdir davam edən münaqişələrin nizamlanması üçün mövcud formatlar vasitəsilə ATƏT-in fəaliyyətini gücləndirəcək. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

Femida.az

Açar sözlər:

Oxunub: 930