Gözəllik salonundan 5 min pul oğurlandı - Bakıda


21:27     02 Yanvar 2018 ogru%20n5.jpg

Bakıda gözəllik salonundan oğurluq olub.


Femida.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 699