Naxçıvanda Ombudsmana 25 şikayət olub
20:48 03 Yanvar 2018
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2017-ci ildə də davam etdirib. 2017-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 85 müraciət daxil olub. Daxil olan müraciətlərin 25-ni şikayətlər, 60-nı isə ərizələr təşkil edib.
Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci ildə fəaliyyəti haqqında illik məruzəsində qeyd olunub.
Bildirilib ki, qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin ötməsi, şikayətlə bağlı məhkəmə icraatının aparılması, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilib. 21 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 5-i təmin edilib. 16 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməyib.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və daxil olan müraciətlər cavablandırılıb.
Femida.az
Oxunub: 871
Oxşar xəbərlər
- Naxçıvanda bu vəzifə ömürlük oldu
- Naxçıvanda yeni qurum yaradıldı
- Naxçıvanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
- Naxçıvanda hərbi texnika döyüşə hazır vəziyyətə gətirilib - VİDEO
- Naxçıvanda 12 mindən artıq sərnişin qatardan istifadə edib
- Naxçıvanda qəbir daşları belə olacaq - FOTO
- Naxçıvanda əcnəbilərə 48 saat vaxt verildi
- Naxçıvanda qəza: 4 yaşlı uşaq öldü
- Naxçıvanda hərbi texnika küçələrə çıxarıldı - FOTOLAR
- Naxçıvandan 100 faizlik nəticə - Heç kimin borcu yoxdur