Narkotiki tövlədə gizlətdi - FOTO


22:03     04 Yanvar 2018 ss3.jpg

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Femida.az-ın cənub bürosuna verilən məlumata görə, O. Rufullayevin üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş iki bükümdə narkotik vasitəsi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. O. Rufullayevin üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 1105