İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib


01:13     05 Yanvar 2018 iran%20ordusu.jpg

İranın Kəşfiyyat Nazirliyi cümə axşamı ölkədə işğtişaşları təhrik etməyə çalışan terrorçu qruplaşmanın darmadağın edilməsi, üzvlərinin isə təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra həbs olunması barədə məlumat yayıb.


“Silahlı qruplaşma ölkədə başlayan iğtişaşları dəstəkləmək üçün partlayışlar törətmək və günahsız insanları öldürmək məqsədilə İrana girib”, - deyə nazirliyin bəyanatında bildirilir.

Femida.az -ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, terrorçular Qərbi Azərbaycan ostanının cənub-qərbində yerləşən Piranşəhr şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada hüquq-mühafizə orqanlarının üç əməkdaşını öldürüblər.

Əməliyyat zamanı bir terrorçu öldürülüb, digər qruplaşma üzvləri isə toqquşma nəticəsində yaralanıblar.

Məlumata görə, əməliyyat zamanı silahlar, o cümlədən Kalaşnikov avtomatları, əl qumbaraları, hərbi forma və iğtişaşları təhrik etməklə bağlı təlimatlar aşkarlanıb.

Bəyanatda deyilir ki, bundan əvvəl İranın qərbində daha üç terrorçu qruplaşma aşkarlanaraq, darmadağın edilib.

Açar sözlər:

Oxunub: 1680