Qəhrəmanın məzarı yaxınlığında çətənə əkiblərmiş


22:10     10 Sentyabr 2015 358331_640.jpg

Şimali Qafqazın əfsanəvi qəhrəmanı Hacı Muradın Qax rayonundakı məzarı yaxınlığında narkotik tərkibli bitki becərən Balakən rayon sakinləri saxlanılıb.


APA-nın məlumatına görə, Qax rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Rayonun Tanqıt kəndi yaxınlığında, Hacı Muradın məzarından 50-60 metr məsafədəki meşə zolağında kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Əməliyyat nəticəsində Balakən rayonunun Hənifə kənd sakinləri - Məmmədov Namir Xalid oğlu, Rəsulov Elçin Qüdrət oğlu və Həsənov Rafiq Abdurəhman oğlu ərazidə qanunsuz əkilmiş narkotik tərkibli bitkiləri suvararkən yaxalanıblar.

Qax RPŞ əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ərazidən ümumi sayı 50 ədəd olmaqla, 4 kq 430 qram çəkidə çətənə bitkisi kollarını yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Hər üç şəxs barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Qax RPŞ-də CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq aparılıb.

Açar sözlər:

Oxunub: 950


Oxşar xəbərlər