AZAL sərnişinlərə xəbərdarlıq edib


18:36     05 Yanvar 2018 azall6.jpg

Yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.


“Azərbaycan Hava Yolları” QSC-dən Femida.az-a bildirilib ki, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

AZAL sərnişinlərdən hava limanında qeydiyyat üçün öncədən gəlmələrini xahiş edir. Həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə biləcəklərini, baqajı olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil vermək imkanları olduğunu diqqətə çatdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 640