Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında vəfat etdi


20:40     06 Yanvar 2018 abel%20meherre.jpg

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.


Femida.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş.

Xəbəri BDU-dan təsdiqləyiblər.

Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası da eyni qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



Femida.az

Açar sözlər:

Oxunub: 5109