Daşkənd aeroportu bağlandı


13:29     07 Yanvar 2018 E2A0981E-AD07-4A23-AB75-39D0B7B18428.jpeg

"Özbəkistan Hava Yolları" milli aviaşirkəti Daşkənd hava limanının qatı duman səbəbindən öz işini dayandırdığını bəyan edib.

Femida.az report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.

"Ozbekiston Havo Yollari" milli aviaşirkəti xəbər verir ki, Daşkənd aeroportu əlverişsiz hava şəraiti səbəbindən hava gəmilərinin qəbulu üçün bağlıdır. Hava limanı ərazisində qatı duman var, görmə məsafəsi minimuma enib. Beynəlxalq qaydalara əsasən, hava gəmilərinin bu şəraitdə enişi qadağandır", - bəyanatda bildirilir.

Açar sözlər:

Oxunub: 759


Oxşar xəbərlər