56 yaşlı qadın dəm qazından zəhərlənib


22:55     07 Yanvar 2018 dem%20qazi.jpg

Bu gün günorta saatlarında Şəki şəhəri Şəhriyar küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Xuraman Nurəddin qızı Əkbərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı 56 yaşlı Xuraman Əkbərovanın yaşadığı ünvanda dəm qazından zəhərlənməsi məlum olub.
Xəstəxananın reanimasiya yerləşdirilən Xuraman Əkbərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 717