Stokholm metrosunda partlayış - Ölən və yaralı var


23:17     07 Yanvar 2018 thumbs_b_c_8a9dad96191c8e6615abfdbef972c7ee_1515337698.jpg

Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi ölüb.


"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə İsveç polisi məlumat yayıb.

Bildirilib ki, partlayışda yaralanan 45 yaşlı qadın ölən kişinin həyat yoldaşıdır. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.

Açar sözlər:

Oxunub: 1114