Qızıl bahalaşıb, neft ucuzlaşıb


13:12     09 Yanvar 2018 neft%20qizil.jpg

Dünya birjalarında qızıl ucuzlaşıb, neft isə bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,05% - 25 283,00 bəndədək ucuzlaşıb, "S&P 500" 0,17% - 2 747,71 bəndədək, NASDAQ isə 0,29% - 7 157,39 bəndədək bahalaşıb.

Femida.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,36% - 7 696,51 bəndədək azalıb, Almaniya DAX-ı 0,36% - 13 367,78 bəndədək, Fransa CAC-40-ı isə 0,30% - 5 487,42 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,00 dollar azalaraq 1 319,40 dollara, gümüşün qiyməti isə 0,01 dollar artaraq 17,15 dollara satılıb.

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,76% artaraq 62,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,42 dollar və ya 0,62% artaraq 68,20 dollar olub.

Femida.az

Açar sözlər:

Oxunub: 639