Metroda intiharın qarşısını almaq olarmı?


18:10     09 Yanvar 2018 baku_metro_100215_2.jpg

Özünü metro qatarının altına ataraq özünü öldürən 22 yaşlı gənc bu il “Bakı metropoliteni”ndə ilk intihar olsa da, ötən illərdə də analoji hadisələr yaşanmışdı.


Femida.az xəbər verir ki, bəzi ölkələrdə metroda relslərlə platforma arasında sədd var. Bu tipli stansiyalarda sərnişinlərin tunelə yıxılması və ya intihar məqsədilə qatarın altına tullanması mümkün deyil.

Bakı metrosunda bənzər təcrübədən istifadə etmək olmazmı? “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev oxu.az-a açıqlamasında bunun mümkünsüz olduğunu deyib:



“Bu, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Hal-hazırda dünyanın əksər metrostansiyalarında dediyiniz mexanizm yoxdur. Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır”.

Femida.az

Açar sözlər: MetroBakıİntihar  

Oxunub: 443


Oxşar xəbərlər