Sabah Bakıda yağış yağacaq
15:50 13 Yanvar 2018
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Femida.az
Oxunub: 719
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb