Dövlət qulluğuna qəbul imtahanlarının tarixləri - Açıqlandı
18:31 19 Yanvar 2018
Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının 18 fevral (B növü üzrə) və 31 mart (A növü üzrə) tarixlərində keçirilməsi planlaşdırılır. Qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcək.
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.
Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.
Femida.az
Oxunub: 812
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib