Məktəbliyə atəş açıldı, gözündən yaralandı - Abşeronda
16:23 21 Yanvar 2018
Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi silahlı insident nəticəsində gözündən yaralanıb.
Femida.az Report-a istinadən xəbər verir ki, hadisə 2001-ci il təvəllüdlü Saray qəsəbə sakini, 10-cu sinifdə təhsil alan Xəlil İlqar oğlu Allahquliyev qardaşı Cəlil ilə birgə dərsdən evə qayıdarkən baş verib.
Naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi Allahquliyev Xəlilin sol göz nahiyəsinə dəyib. Atəşin kim tərəfindən açıldığı hələlik məlum deyil.
Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən U.Musabəyli adına Rayonlararası Oftalmoloji Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Ona dərhal tibbi müdaxilə edilib. Kəsilmiş-cırılmış göz nahiyəsi cərrahi əməliyyat olunub. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 859
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- İyunun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək