“Azərsu”da istefa - Vitse-prezident ərizəsini yazdı
18:26 23 Yanvar 2018
"Azərsu” ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib. Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.
Femida.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:
"Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.
Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Femida.az
Oxunub: 3107
Oxşar xəbərlər
- "Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- "Azərsu" ASC-nin əməkdaşını tüfənglə təhdid edən şəxs tutulub
- "Azərsu": “Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək"
- "Azərbaycanfilm" "Azərsu" ASC-ni məhkəməyə verib
- "Azərsu" Şollar su kəmərinin layihələndirilməsinə 2 mln manat xərcləyəcək
- "Azərsu"da yeni təyinat olub
- “Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir
- Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən fırıldaqçı ifşa olundu