Musa Musayevin həbs müddəti iki ayadək uzadılıb


05:18     25 Yanvar 2018 18_01_24_1516828801.jpg

İstintaq orqanları tərəfindən Mahaçqala meri Musa Musayevə qarşı ittiham irəli sürülüb.



Femida.az -ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Musayevə qarşı ittiham irəli sürülüb. Bununla bağlı onun həbs müddəti iki ayadək uzadılacaq”, deyə mənbə bildirib.

Qeyd edək ki, o, yanvarın 21-də mer səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 80 milyon rubl ziyan vurulması ittihama görə həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 846