Seyid Əzim Şirvaninin nəticəsinə ev verildi


19:40     25 Yanvar 2018 2018/01/15168778386281561000_1000x669_1516880747.jpg

Görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.



Femida.az Azərtac-a xəbər verir ki, Fatma Quliyeva 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.

Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində şəraiti olmayan bir yataqxanada yaşayıb.

Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə müraciət edərək, ona Azərbaycan vətəndaşlığının verilməsini və Daşkənddə evlə təmin olunmasını xahiş edib.

Ötən müddət ərzində səfirlik Fatma Quliyevanı himayəyə götürüb, ona mütəmadi olaraq yardımlar, bayram sovqatları göndərilib.

Fatma Quliyevanın evlə təmin olunması üçün Hüseyn Quliyev azərbaycanlı iş adamlarına müraciət edib.

Səfirin müraciəti cavabsız qalmayıb. Azərbaycanda yaşayan xeyriyyəçilər Mirfalah Cabbarov və Cavid Səbzəliyevin dəstəyi nəticəsində Fatma xanım üçün Daşkəndin Sergeli rayonunda üç otaqlı ev alınıb.

Fatma Quliyeva ona göstərilən bu dəstəyə, habelə dahi şair Seyid Əzim Şirvani irsinə diqqət və qayğıya görə səfir Hüseyn Quliyevə, iş adamlarımıza öz minnətdarlığını bildirib.

Fatma Quliyeva ümid etdiyini bildirib ki, illərlə ürəyimdə saxladığım Azərbaycana, babamın və yaxınlarımın uyuduğu doğma Şamaxıya köçmək barədə arzum da həyata keçəcək və ömrümün ahıl vaxtında olsa da mən Azərbaycan vətəndaşlığı alaraq ana torpağıma qovuşacağam.


Femida.az

Açar sözlər: Şirvani   Özbəkistan  

Oxunub: 765


Oxşar xəbərlər