Muğamın qorunması müzakirəyə çıxarılır


15:34     26 Yanvar 2018 millimeclis1.jpg

Uzun müddətdir, müzakirəsi təxirə düşən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.


Femida.az-ın məlumatına görə, qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yanvarın 29-da keçiriləcək iclasında müzakirə olunacaq.

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin ilkin variantı 2011-ci ildə hazırlansa da, müzakirəsi müxtəlif səbəblərdən təxirə salınmışdı.

Femida.az

Açar sözlər: Milli   Məclis   Muğam  

Oxunub: 640