Afrində terrorçuların böyük yalanı ifşa edildi - FOTO


18:59     27 Yanvar 2018 18_01_27_1517050752.jpg

PKK-PYD terror qruplaşması Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı apardığı qarayaxma kampaniyası çərçivəsində fərqli vaxtlarda, fərqli ərazidə çəkilmiş fotolardan istifadə edir.

Femida.az xəbər verir ki, qara təbliğata əl atan terrorçular fotolardakı məhv edilmiş texnikanın və əsir götürülmüş əsgərlərin Türkiyə Silahlı Qüvvələrinə aid olduğunu göstərməyə çalışır.

Məlumata görə, sosial şəbəkələrdə Afrində türk təyyarəsinin vurulması başlığı ilə paylaşılan fotonun 16 mart 2015-ci ildə Malaziyada qəzaya uğrayan nümayiş təyyarəsinə aid olduğu bildirilib. Türkiyə Silahlı Qüvvələrinə aid tankın məhv edilməsini əks etdirən fotonun 29 mart 2011-ci ildə Liviyada yandırılmış bir tanka aid olduğu üzə çıxıb. Türk əsgərlərinin əsir götürülməsi ilə bağlı yayılan fotonun isə 15 iyul çevriliş cəhdi zamanı çəkildiyi sübut edilib.

Qeyd edək ki, PYP-PKK tərəfdarları sosial şəbəkələrdə paylaşdığı görüntülərlə türk ordusunun Afrində ağır itkilər verməsi ilə bağlı yalan informasiyalar yayır. Maraqlıdır ki, bu yalanları “adı açıqlanmayan YPG rəsmiləri” adı ilə dünyanın böyük agentlikləri, o cümlədən “RİA Novosti” də tez-tez yayır./Axar.az

Femida.az

Açar sözlər: #Türkiyə   #Afrin   #PKK-PYD  

Oxunub: 1901